“Qəbələ”nin futbolçusu 2 oyunluq cəzalanıb
AFFA İntizam Komitəsi “Qəbələ”nin futbolçusu Ülvi İsgəndərovu iki oyunluq cəzalandırıb.
Komanda.az xəbər verir ki, buna hücumçunun Azərbaycan Premyer Liqasının 2-ci turunda “Araz-Naxçıvan”la matçda təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alması səbəb olub.
“Qırmızı-qaralar” isə 2000 manat cərimələnib.
“Qəbələ” həmin qarşılaşmada 0:2 hesabı ilə uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin