“Qəbələ”nin Boludakı son rəqibi müəyyənləşdi

2023/2024-cü illər mövsümünün hazırlığını Türkiyənin Bolu şəhərində davam etdirən “Qəbələ”nin yoxlama oyunlarındakı sonuncu rəqibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” Şimali Makedoniyanın “Qostivar” klubu ilə qarşılaşacaq.

Bu matç iyulun 19-da baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

“Qostivar”ın əsası 1998-ci ildə qoyulub. Bu klub eyniadlı şəhəri təmsil edir. 2022-2023-cü illər mövsümündə ikinci dəstədə 2-ci yeri tutan komanda Şimali Makedoniyanın ən güclülərinin mübarizə apardığı birinci liqaya vəsiqə qazanıb.

Xatırladaq ki, Boluda iki yoxlama oyunu keçirən “Qəbələ” Moldova “Sukleya”sı (4:2) və Rusiya “Orenburq”u (1:1) ilə qarşılaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button