“Qəbələ”nin baş məşqçisi gürcüləri “Milan”la oyuna kapitan kimi çıxardı

“Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze Tbilisidə Gürcüstan millisinin veteranları ilə “Milan”ın əfsanələri arasında yoldaşlıq görüşündə iştirak edib.

Komanda.az xəbər verir ki, Tsxadadze bu oyunda gürcüləri meydana kapitan kimi çıxarıb.

“Milan”ın heyətində Dida, Kafu, Alessandro Kostakurta, Kristian Panuççi, Massimo Ambrozini, Serjinyo, Klarens Zeedorf, Rivaldo və Kaka kimi ulduzlar oynayıb. Oyun “Milan” veteranlarının qələbəsi ilə (2:2, penaltilər seriyasında 3:1) başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button