“Qəbələ”nin avrokuboklardakı “qol silahları”

“Qəbələ” avrokuboklarda keçirdiyi 38 oyunda 36 qol vurub.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “qırmızı-qaralar”ın heyətində 15 futbolçu rəqib qapısına yol tapıb. Daha bir dəfə rəqib komandanın avtoqolu qeydə alınıb.

2014-cü ildən başlayaraq 6 mövsüm UEFA Avropa Liqasında çıxış edən “Qəbələ”nin qitəmiqyaslı turnirdəki ən yaxşı bombardiri Sergey Zenyovdur. Estoniyalı hücumçunun hesabında 6 top var.

2-ci sırada Teo Uiksdir. Avrokubokdakı yeganə het-trikin müəllifi ümumilikdə 5 qol vurub. İlk “üçlüy”ü Dodo qapayır. Onun aktivində 4 top var.

Qeyd edək ki, “qırmızı-qaralar”ın altı üzvü 3 və ya daha çox qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button