“Qəbələ”ni bu vəziyyətdən çıxarmaq üçün gəlmişəm” – Sxadadze
“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadaze Azərbaycan Premyer Liqasının 23-cü turundan təxirə salınmış “Qarabağ”la ev oyunundan sonra fikirlərini paylaşıb.
Komanda.az xəbər verir ki, gürcüstanlı mütəxəssis 0:4 hesablı məğlubiyyəti belə şərh edib:
“Qarabağ”ı Avropa Liqasında göstəridiyi nəticəyə görə təbrik edirəm. 10 nəfərlə “Braqa”ya qarşı yaxşı mübarizə apardılar. Futbol 90 dəqiqə oynanılır. İlk 45 dəqiqədə yaxşı çıxış etdik. Daha sonra azlıqda qaldıq. İki gündür gəlmişik. Çalışdıq ki, bütün oyunçulara şans verək. Bu gün ilk hissədə göstərdiyimiz oyunu digər matçlarda 90 dəqiqə göstərsək, yaxşı nəticələr olacaq. Bəzi qol imkanlarımız var idi. Rəqibin vurduğu üç qolu hədiyyə etdik. “Qarabağ” səhvləri bağışlamır.
Komanda yaxşı pressinq etdi. Oyunçular başa düşməlidir ki, “Qəbələ” böyük klubdur, burada hər şey yüksək səviyyədədir. Bura gəlmişik ki, komandanı hazırkı vəziyyətdən çıxaraq. “Qarabağ”a qarşı çoxlu qol imkanları yaratmaq çətindir. Bu oyunu unutmalı və çalışmalıyıq. Azərbaycanı çox sevirəm, burada gözəl vaxtlarım olub. Hər şeyə hömətlə yanaşırıq. And içə bilərəm ki, mənə “Qəbələ”dən zəng son məğlubiyyətdən sonra gəlib. Orada da heç bir maddiyat söhbəti olmadı. Bura gəlmişəm ki, vəziyyəti düzəldim. Komandanın 5 oyununu izləmişəm. İki gündür çalışırıq. Bunun da nəticəsini az da olsa, görə bildik. İşləmək, işləmək və işləmək lazımdır.
Bura mənim üçün doğma yerdir. Səkkiz il Azərbaycanda çalışmışam. Həmişə çempionatı izləmişəm. “Qarabağ”ı bir kənara qoyaq, onlar başqa səviyyədədir. İki oyun da udsalar, çempion olurlar. Ölkədə infrastruktur inkişaf edib, yaxşı meydançalar var. Yaxşı stadionların çox olması futbolun inkişafı üçün vacibdir”.
Bizi Facebook-da izləyin