“Qəbələ”dən belə oyun gözləmirdik”

Kiprin “Omoniya” komandasının baş məşqçisi Sofronis Avqusti “Qəbələ”yə 3:2 hesabı ilə qalib gəldikləri Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçını şərh edib.

Komanda.az xəbər verir ki, o, Qəbələdə baş tutan oyundan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Komandamı təbrik edirəm. Birinci hissədə çoxlu səhv oldu. Artıq bunları təkrarlamamalıyıq. Rəqibdən belə oyun gözləmirdik. Onlar əks-hücumda yaxşı təsir bağışladılar. Amma biz də buna yaxşı reaksiya verdik. Nəticəyə görə çox xoşbəxtik. Bizim üçün önəmli qələbə idi. Birinci yarıda rəqib, ikinci hissədə isə biz daha yaxşı mübarizə apardıq. Cavab matçında daha fərqli “Omoniya” görəcəksiniz”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button