
“Qəbələ”dən bərpaedici məşq
“Qəbələ” mövsümün ikinci yarısına hazırlığını davam etdirir.
Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının 4-cu gününü başa vurub.
Komanda günü bir məşqlə yekunlaşdırıb. Hazırlıq prosesi günün ilk yarısına təsadüf edib. Yanvarın 14-də Macarıstanın MKT klubu ilə yoxlama oyunu (0:3) keçirən “qırmızı-qaralar” bu gün bərpaedici məşqlə kifayətləniblər.
Hazırlığa qaçışla başlayan futbolçular ardınca fiziki təmrinlər yerinə yetirib, məşqi toplu çalışmalarla yekunlaşdırıblar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin