“Qəbələ”dən ayrıldı, “Zirə” ilə müqavilə bağladı

“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, paytaxt təmsilçisi bu gün “Qəbələ” ilə vidalaşan Davit Volkovla müqavilə bağlayıb.

24 yaşlı gürcüstanlı hücumçu ilə müqavilənin müddəti 1 il yarımdı.

“Qəbələ”dən əvvəlki klubu “Saburtalo” olan Volkov 2017-2018-ci illərdə bu komandanın formasını geyinib. Hücumçu bunadək Gürcüstanda “Qaqra” (2012-2013), Tbilisi “Dinamo”su (2013-2016), həmçinin icarə əsasında “Dinamo-2” (2013-2015), “Çixura” (2016) və “Sioni” (2016) komandalarında çıxış edib. O, 2017-ci ildə Serbiyanın “Zemun” klubunda legioner həyatı yaşayıb.

Xatırladaq ki, “Zirə” Volkovdan öncə bu gün “Səbail”dən ayrılan Azərbaycan millisinin hücumçusu Ağabala Ramazanovu da transfer etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button