
“Qəbələ”dən ayrılan futbolçu “Zirə”də
“Zirə” klubu yeni futbolçu ilə anlaşıb.
Qəsəbə təmsilçisindən Komanda.az-a verilən məlumata görə, “qartallar” müdafiəçi Məqsəd İsayevi heyətinə qatıb.
28 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanıb.
Məqsəd İsayev son olaraq “Qəbələ”nin uğurları üçün çalışıb. O, daha əvvəl “Neftçi”, “Şamaxı”, “Sabah” və “Səbail”də də çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin