“Qəbələ”dən ayrılan futbolçu Portuqaliya klubunda

Bu ilin may ayında “Qəbələ”dən ayrılan Lukas Afrikonun yeni klubu bəlli olub.

Komanda.az xəbər verir ki, 29 yaşlı mərkəz müdafiəçisi Portuqaliyanın yüksək liqa təmsilçisi “Farense” klubuna keçib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Braziliyalı futbolçu ötən yay Portuqaliyanın “Eştoril” klubundan “Qəbələ”yə keçmişdi. O, “qırmızı-qaralar”da 35 oyun keçirib və 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button