“Qəbələ”də yeni təyinat

“Qəbələ” İdman Klubunda yeni təyinat gerçəkləşib.

Komanda.az xəbər verir ki, Elnur Məmmədli klubun mətbuat xidmətinin rəhbəri təyin edilib.

O, 2023-2025-ci illərdə AFFA-nın mətbuat xidmətinin rəhbəri vəzifəsini tutub.

Məmmədli idman jurnalistikasında karyerasına ötən əsrin sonlarında başlayıb. O, bu illər ərzində müxtəlif televiziya kanallarında idman şərhçisi kimi çalışıb, həmçinin, qəzet və saytlarda fəaliyyət göstərib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button