“Qəbələ”də yeni qapıçı
Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
Komanda.az klubun mətbuat xidmətinə sitinadən xəbər verir ki, “qırmızı-qaralar” qapıçı Rəşad Əzizlinin keçidini rəsmiləşdirib.
29 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.
Əzizlinin son klubu “Şamaxı” olub. O, bunadək “Rəvan”, AZAL, “Səbail”, “Neftçi”, “Sumqayıt” və “Zirə”nin formasını geyinib. Qapıçı Azərbaycan milli komandalarında da çıxış edib. Rəşad U-17 və U-19 yığmalarının şərəfini qoruyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin