
“Qəbələ”də iki itki
“Qəbələ” Misli Premyer Liqasının 17-ci turunun sabah keçiriləcək oyununda “Səbail”in qonağı olacaq.
Komanda.az xəbər verir ki, görüş Bakıdakı “ASCO Arena”da baş tutacaq.
Səfər oyununun hazırlığında “qırmızı-qaralar”ın iki futbolçusu iştirak etməyib. Zurab Oçiqava və Feras Abu Akal bərpa prosesi keçir.
Xatırladaq ki, sabah “ASCO Arena”da keçiriləcək “Səbail” – “Qəbələ” görüşünə saat 13:00-da start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin