“Qəbələ”də iki əskik
“Qəbələ” Premyer Liqanın 14-cü turunun sabah keçiriləcək oyununda “Turan Tovuz”u qəbul edəcək.
Komanda.az xəbər verir ki, görüş Qəbələ şəhər stadionunda keçiriləcək.
Ev matçının hazırlığına “qırmızı-qaralar”ın 2 futbolçusu qatılmayıb. Fares Abu Akel və Emil Səfərov bərpa prosesini davam etdirirlər.
Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Turan Tovuz” görüşü saat 16:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin