“Qəbələ”də daha bir ayrılıq
“Qəbələ” daha bir futbolçusu ilə yollarını ayırıb.
Komanda.az kluba istinadən xəbər verir ki, bölgə təmsilçisi Rafael Utziqlə vidalaşıb.
27 yaşlı braziliyalı hücumçunun müqaviləsinin müddəti başa çatıb.
2020-ci ilin yayından “Qəbələ”nin şərəfini qoruyan Utziq üç mövsüm ərzində 94 matç keçirib. O, bu oyunlarda 18 qol vurub.
Klub daha əvvəl Ramon Maçado, Məqsəd İsayev, Andrey Strijak, Səlahət Ağayev, Felipe Santos, Rövlan Muradov, İsnik Alimi və Ruan Renato ilə də yollarını ayırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin