“Qəbələ”də ayrılıq
“Qəbələ” İdman Klubu baş menecer Nail Kərimovla yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
2021-ci ilin dekabrından bu vəzifəni tutan futbol funksioneri 2006-cı ildən klubda çalışıb. O, mətbuat xidmətinin rəhbəri, akademiyanın direktor müavini və rəhbəri, həmçinin baş menecer kimi fəaliyyət göstərib.
Onun akademiyada çalışdığı dövrdə aşağı yaş qrupu üzrə komandalar dəfələrlə ölkə çempionatının qalibi və mükafatçısı olub, beynəlxalq yarışlarda uğurlar qazanıb, U-19 avrokuboklarda mübarizə aparıb. Kərimov baş menecer kimi klubula Azərbaycan kubokunun 2022/23 mövsümünün qalibi adını qazanıb.
“Qəbələ” öz istəyilə klubdan ayrılan Nail Kərimova akademiya və əsas komandanın formalaşması, inkişafı, uğurlarındakı xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Bizi Facebook-da izləyin