“Qəbələ”də anqolalı vinger

Yeni mövsümün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Komanda.az xəbər verir ki, anqolalı sağ vinger Paulo Kimbila “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq.

19 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Paulonun son klubu Bəhreyn təmsilçisi “Əl-Əhli” olub.

“Qəbələ” bunadək Prins Ovusu və İsaak Amoanı heyətinə qatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button