“Qəbələ”də 14 mövsümdə 16 bombardir
Azərbaycan Premyer Liqasının 2019/20 mövsümündə “Qəbələ”nin 9 futbolçusu rəqib qapısına qol vurub.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar”ın ən yaxşı bombardiri qış fasiləsində komandadan ayrılan Davit Volkov olub. O, çempionatda 5 qol vurub. Komandanın iki futbolçusu – Nikolas Raysel və Rövlan Muradov isə hərəyə 4 dəfə fərqlənib.
Volkov ilk dəfə “Qəbələ”nin mövsüm üçün ən məhsuldar oyunçusu olub. Ümumiyyətlə, 2006/07 mövsümündən Premyer Liqada çıxış edən “qırmızı-qaralar”ın heyətində hər mövsüm fərqli futbolçu bombardir olub. İki mövsümdə bunu birdən artıq futbolçu bacarıb. 2011/12 və 2012/13 mövsümlərində komandanın iki oyunçusu eyni sayda qol vurub. Ümumilikdə, 16 futbolçu mövsümün bombardiri adına yiyələnib.
“Qəbələ”nin Premyer Liqada mövsümlər üzrə bombardirləri
2006/07. Vüsal Qarayev – 4
2007/08. Vitali Balamestnı – 8
2008/09. Fərzad Hatəmi – 8
2009/10. Tomaş Stolpa – 7
2010/11. Deon Barton – 9
2011/12. Yannik Kamanan, Dodo – 9
2012/13. Lurival Rodriges, Viktor Mendi – 6
2013/14. Daniel Subotiç- 12
2014/15. Cavid Hüseynov – 11
2015/16. Aleksey Qay – 10
2016/17. Filip Ozobiç – 11
2017/18. Baqali Dabo – 13
2018/19. Ceyms Adeniyi – 10
2019/20. Davit Volkov – 5
Bizi Facebook-da izləyin