“Qəbələ” – “Zirə” matçı Azərbaycan çempionatlarının tarixinə düşüb

Azərbaycan Premyer Liqasının 5-ci turu “Zirə” – “Qəbələ” matçı ilə yadda qalıb.

Komanda.az xəbər verir ki, ilk dörd oyunda qələbə qazanan “Zirə” eyni sayda məğlubiyyət alan “Qəbələ”nin qonağı olub.

Meydan sahibləri minimal hesab ilə qalib gəlib. Bununla da, hər iki komandanın startdakı seriyası qırılıb.

Bu, 1992-ci ildən keçirilən Azərbaycan çempionatlarının 31 illik tarixində 3-cü belə oyun olub. Əvvəlki illərdə yalnız iki dəfə başlanğıcda 4 qələbə və 4 məğlubiyyəti olan komandalar beşinci matçında bir-biri ilə üz-üzə gəlib.

1994/95 mövsümündə “Neftçi” Sumqayıt “Xəzər”inin qonağı olub. Səfərdə 10:0 hesablı qələbə qazanan bakılılar 5-ci qələbəni qazanmaqla rəqibinə 5-ci məğlubiyyətin acısını yaşadıb.

9 il sonra isə “Şəmkir”lə “Lokomotiv” eyni seriyalarla bir-biri ilə üz-üzə gəlib. Öz meydanında 5:1 hesablı qələbə qazanan qərblilər seriyasını 5-ə çatdırıb. Qonaqlar isə startda 5-ci dəfə uduzub.

İlk dörd matçı itkisiz və xalsız keçən komandaların əvvəlki iki duelində liderlər qalib gəlmişdisə, Qəbələdəki qarşılaşmada bu ənənə qırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button