
“Qəbələ” Yunuszadə ilə yollarını ayırdı
“Qəbələ” futbolçusu Elvin Yunuszadə ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Müdafiəçi ilə 2024/2025 mövsümünün sonunda başa çatan müqavilənin müddəti uzadılmayıb.
2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinən Elvin Yunuszadə “Qəbələ”də 22 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



