“Qəbələ” yeni transferini rəsmən açıqladı
Mövsümün ikinci yarısının hazırlığını davam etdirən “Qəbələ” qış fasiləsində ilk transferini gerçəkləşdirib.
Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” Patrik Robson de Souza Monteyronu heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Braziliyalı hücumçu Avstriyanın “Admira” klubundan icarəyə götürülüb. 24 yaşlı cənubi amerikalı 1,5 il “Qəbələ”nin formasını geyinəcək.
Braziliyada “Amerika” (Rio-de-Janeyro), “Bonsusesso”, “Friburquense”nin yeniyetmə və gənclərdən ibarət komandalarında çıxış edən Patrik peşəkar karyerasına Avstriyada başlayıb. 2020/21 mövsümündə “Horn”da çıxış edən forvard ötən ilin yayında “Admira”ya keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin