
“Qəbələ” “Sumqayıt”la matça bir itki ilə çıxacaq
“Qəbələ” Premyer Liqanın 31-ci turunda qarşılaşacağı “Sumqayıt”la oyunun hazırlığını başa vurub.
Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” bu oyuna bir itki ilə çıxacaqlar.
Komandanın qapıçısı Səlahət Ağayev bu matçı buraxacaq. O, zədə səbəbindən görüşdə iştirak etməyəcək.
Xatırladaq ki, aprelin 23-də Sumqayıtda baş tutacaq bu qarşılaşmaya saat 18:00-da start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin