
“Qəbələ”, “Sabah” və “Keşlə”yə 800 manatlıq cərimə
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının son turunda baş vermiş qayda pozuntuları ilə bağlı qərarlar verilib:
Premyer Liqanın 5-ci turunun “Səbail” – “Qəbələ” matçında “Qəbələ” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
Premyer Liqanın 5-ci turunun “Sumqayıt” – “Sabah” matçında “Sabah” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
Oyunun 79-cu dəqiqəsində “Sumqayıt” klubunun futbolçusu Mehdi Şərifi ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Premyer Liqanın 5-ci turunun “Neftçi” – “Keşlə” matçında “Keşlə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
Oyunun 35-ci dəqiqəsində “Neftçi” klubunun futbolçusu Donald Gerye ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Bizi Facebook-da izləyin