
“Qəbələ” “Qaradağ Lökbatan”la görüşəcək
Mövsümün ikinci hissəsinə hazırlığını davam etdirən “Qəbələ” ikinci yoxlama oyununu yanvarın 23-də keçirəcək.
Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” “Qaradağ Lökbatan”la görüşəcək.
Qarşılaşma Binə qəsəbə stadionunda baş tutacaq. Oyun saat 13:30-da start götürəcək.
Hazırlığa yanvarın 9-da start verən Kaxaber Sxadadzenin baş məşqçisi olduğu komanda ilk yoxlama oyununda “Mingəçevir”ə 4:0 hesabı ilə qalib gəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin