“Qəbələ” qanalı futbolçu ilə vidalaşıb
“Qəbələ” qanalı futbolçu Samuel Tetteh ilə yollarını ayırıb.
Komanda.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2023-ci ilin sentyabrından “Qəbələ”də çıxış edən Tetteh 25 matçda 3 qol vurub. O, Premyer Liqada 21 (2 qol), Azərbaycan kubokunda 4 (1 qol) oyunda iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin