“Qəbələ” oyunu kobud şəkildə pozmağa çalışırdı” – Fiola

“Oyuna pis başladıq, rəqib önə keçdi və tələsik oynadıq. Heç nəyə bəhanə yoxdur, birinci hissədə yaxşı görünmədik”.

Komanda.az xəbər verir ki, bu sözləri Macarıstanın “Fehervar” klubunun kapitanı Attila Fiola Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Qəbələ” ilə keçirilən ilk görüş haqda danışarkən deyib. 32 yaşlı müdafiəçi bildirib ki, bu qalibiyyəti ikinci hissədəki performanslarına borcludurlar:

“Heç nəyə bəhanə yoxdur, birinci hissədə yaxşı görünmədik. Fasilədə özümüzü toparlamağa çalışdıq və ikinci hissədə daha ağıllı çıxış etdik. Daha çox şans yaratdıq və üç qol vurduq. İkinci 45 dəqiqə göstərdi ki, bu fərqlə qalib gəlməyə layiq idik”.

Fiola, “Qəbələ” futbolçularının oyun ərzində kobudluğa çox əl atdıqlarını da deyib:

“Azərbaycan klubu vaxtı uzatmağa və oyunu kobud şəkildə pozmağa çalışırdı. Bunu da öncədən bilirdik. İkinci qolumuzdan sonra rəqib dəyişmək məcburiyyətində qaldı və bundan yararlanmağı bacardıq. 4:1 hesablı qələbəyə baxmayaraq, cavab oyununa elə hazırlaşacağıq ki, sanki daha az fərqlə qalib gəlmişik”.

İyulun 28-də Qəbələdə keçiriləcək cavab matçı saat 20:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button