“Qəbələ” növbəti transferini açıqladı

“Qəbələ” yeni transferini açıqlayıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi İsaaq Amoahla anlaşıb. 24 yaşlı mərkəz müdafiəçisinin son klubu İspaniyanın 3-cü liqa komandası “Atletiko Sanlukenyo” olub.

Qanalı oyunçu karyerası ərzində 80 oyuna çıxaraq 2 qol vurub və 1 qolun ötürməsini edib.

“Qəbələ” daha öncə Prins Ovusu (son olaraq “Qəbələ”nin U-19 komandasında oynayıb) ilə anlaşdığını açıqlamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button