
“Qəbələ” “Neftçi” ilə qarşılaşacaq
“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə yoxlama görüşü keçirəcək.
Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” “Neftçi” ilə qarşılaşacaq.
Bu matç martın 25-də baş tutacaq. Yoxlama oyunu Bakıxanov qəsəbəsindəki Türk Hava Yolları Futbol Mərkəzində təşkil olunacaq.
Qarşılaşma saat 16:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin