“Qəbələ” MMA döyüşçüləri ilə yeni müqavilə imzalayacaq

“Qəbələ” klubu MMA döyüşçüləri Nəriman Abbasov, Vüqar Kərəmov və Tofiq Musayevlə yeni müqavilə bağlayacaq.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 19-da “Baku MMA Academy”də təşkil olunacaq tədbir saat 12:00-da başlayacaq.

Adı çəkilən idmançılar noyabrın 4-də “Rizin” turniri çərçivəsində Bakıda baş tutacaq “Landmark 7”də qüvvələrini sınayacaqlar. Milli Gimnastika Arenasında keçiriləcək turnirdə Kərəmov yaponiyalı Çihiro Suzuki, Musayev “gündoğar ölkə”nin digər təmsilçisi Toji Takeda, Abbasov isə rusiyalı Ali Abdulxalikovla üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button