
“Qəbələ” liderliyə yüksəldi
“Qəbələ” Azərbaycan 1-ci Liqasında liderliyə yüksəlib.
Komanda.az xəbər verir ki, 17-ci turda “Karvan”la qarşılaşan “qırmızı-ağlar” 1:0 hesablı qələbə qazanıb.
Yevlax şəhər stadionunda baş tutan matçda yeganə qolu 88-ci dəqiqədə Nuğay Rəşidov meydan sahiblərinin qapısından keçirib.
Bu qələbə sayəsində xallarının sayını 20-yə çatdıran Kaxaber Tsadadzenin rəhbərlik etdiyi komanda zirvəni ələ keçirib. 18 xalı olan “Karvan” isə ikinci pilləyə enib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin