“Qəbələ” legionerini 10 günlük itirdi
“Qəbələ”nin üç futbolçusu hazırlıqda iştirak etmir.
Komanda.az xəbər verir ki, “Qarabağ”la Premyer Liqanın 18-ci turunun matçında zədələnən Omar Hani komandadan ayrı düşüb. Onun 10 gündən sonra komanda ilə məşqlərə qoşulacağı gözlənilir.
Yaovi Akakpo fərdi bərpa prosesindədir. Gülağa Əsədov isə əməliyyat sonrası bərpa dövrü keçir. Zədədən sonra sıraya dönən Rüfət Əhmədov artıq heyətə qayıdıb. O, 19-cu turun “Zirə” ilə görüşündə ehtiyat oyunçular skamyasında olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin