
“Qəbələ” kubok matçına 4 itki ilə çıxacaq
“Qəbələ” Azərbaycan kubokunun 1/8 final mərhələsində “İmişli” ilə qarşılaşacaq.
Komanda.az xəbər verir ki, bu qarşılaşmanın hazırlığında “qırmızı-qaralar”ın dörd futbolçusu iştirak etməyib.
Ahmed Ayzaya, Gilad Abramov, Zurab Oçiqava və Feras Abu Akal bərpa prosesi keçir.
Xatırladaq ki, sabah Qəbələ şəhər stadionunda keçiriləcək “İmişli” – “Qəbələ” görüşü saat 16:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin