Cavid Hüseynov gözləyir AÇIQLAMA

“Qəbələ” ilə müqaviləsinin müddəti bitən və hazırda azad agent olan Cavid Hüseynov klubsuz qalıb.

Azərbaycan milli komandasının sabiq yarımmüdafiəçisinə hələ heç bir klubdan təklif yoxdur. Bu barədə 33 yaşlı futbolçu Komanda.az-a açıqlamasında deyib. O, mətbuatda haqqında çıxan transfer xəbərlərinin də yalan olduğunu bildirib:

“Hələ təklif yoxdur, gözləyirəm. Haqqımda çıxan transfer xəbərləri yalandır. Hələ yenilik yoxdur. Buna görə də, ətraflı danışmaq istəmirəm”.

Cavid Hüseynov karyerası ərzində “Turan”, MOİK, AZAL, “Neftçi”, “Bakı”, “Qəbələ”, “Zirə” kimi klublarda çıxış edib. Yarımmüdafiəçi 2012-ci ilin iyulundan 2013-cü ilin fevralına qədər Türkiyənin “Adana Dəmirspor” klubunun uğurları üçün çalışıb.

Hüseynov Azərbaycan yığmasında 58 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button