“Qəbələ” ilə matçda hesab oyuna görə olmadı” – Kenan Kodro
Macarıstanın “Fehervar” komandasının hücumçusu Kenan Kodro Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.
Komanda.az xəbər verir ki, bu görüşdə dubla imza atan futbolçu, 4:1 hesabı ilə qalib gəldikləri matçdan sonra bunları söyləyib:
“İlk hissə planlaşdırdığımız kimi alınmadı. Top itkilərinə yol verdik, rəqibimiz də aqressiv futbol nümayiş etdirdi. Onların əks-hücumları təhlükəli idi. Hesab oyuna görə olmadı. Nəticə matçın nə qədər çətin keçdiyini əks etdirmir. İkinci yarıda çoxlu imkanlar yaratdıq və üç qol vurduq. Bu da bizə qalib gəlməyimizə inam verdi. Amma cütün taleyi həll olunmayıb. Futbolda hər şey mümkündür. Növbəti həftə Azərbaycana gedəcəyik. Orada da qalib gəlmək niyyətindəyik”.
Bu komandalar arasındakı cavab oyunu iyulun 28-də baş tutacaq.
Bizi Facebook-da izləyin