“Qəbələ” ilə matça ciddi yanaşırıq” – Xorvatiyalı məşqçi
Xorvatiyanın “Hayduk” klubunun 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Mariyan Budimir UEFA Gənclər Liqasının 1-ci mərhələsi çərçivəsində “Qəbələ”yə qarşı keçirəcəkləri cavab oyunu barədə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, 42 yaşlı mütəxəssis səfərdə ilk matçdakından daha yaxşı oynamaq lazım olduğunu söyləyib:
“Qəbələ” topla oynamağa və ikili mübarizələri qazanmağa can atan komandadır. Bu səbəbdən qarşılaşmaya ciddi yanaşırıq. Yaxşı üstünlüyümüz var, amma hesablamalar olmayacaq. Öz oyunumuzu göstərib topa daha çox sahib olmağa üçün çalışacağıq”.
Oktyabrın 4-də keçiriləcək “Qəbələ” – “Hayduk” matçına saat 17:00-da start veriləcək. Splitdəki ilk oyunda “qırmızı-qaralar” 0:3 hesabı ilə uduzub.
Bizi Facebook-da izləyin