
“Qəbələ” də hazırlığa başladı
“Qəbələ” 2023/24 mövsümünün hazırlığına start verib.
Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” Qəbələdə bir araya gəlib.
Hazırlıq prosesi çərçivəsindəki ilk məşq yerli futbolçuların iştirakı ilə keçirilib. Fiziki təmrinlər yerinə yetirən komandanın məşqi əsasən topsuz çalışmalardan ibarət olub.
Xatırladaq ki, iyulun 8-dək Qəbələdə hazırlıq keçəcək “qırmızı-qaralar” toplanışın ikinci mərhələsini Türkiyədə gerçəkləşdirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin