“Qəbələ” Boludakı 4-cü gününü 2 məşqlə başa vurdu

Yeni mövsümə hazırlaşan “Qəbələ” Türkiyə toplanışını davam etdirir.

Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” Boluda təşkil olunan təlim-məşq prosesinin dördüncü gününü başa vurub.

Baş məşqçi Elmar Baxşıyevin yetirmələri günün ilk yarısında trenajor zalında hazırlıq keçiblər. Axşam məşqini meydanda gerçəkləşdirən futbolçular toplu və topsuz çalışmaları yerinə yetiriblər.

Xatırladaq ki, Türkiyədəki təlim-məşq toplanışı iyulun 19-dək davam edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button