“Qəbələ” Boluda məşqləri bərpa etdi

Yeni mövsümə Türkiyədə hazırlaşan “Qəbələ” bir günlük fasilədən sonra məşq prosesini bərpa edib.

Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” Bolu toplanışının 11-ci gününü bir məşqlə başa vurub.

Hazırlıq prosesi günün ikinci yarısına təsadüf edib. Baş məşqçi Elmar Baxşıyevin yetirmələri toplu və topsuz çalışmaları yerinə yetiriblər. Məşq ikitərəfli oyunla başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button