“Qəbələ” UEFA Gənclər Liqası ilə vidalaşdı

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün növbəti avrokubok matçını keçirib.

Komanda.az xəbər verir ki, son Azərbaycan çempionu UEFA Gənclər Liqasında ikinci oyununa çıxıb. Çempionlar yolunda mübarizə aparan Famil Xəlilovun yetirmələri 1-ci mərhələnin cavab görüşündə Kiprin APOEL klubu ilə qarşılaşıb. Nikosiyada keçirilən ilk görüşdə 1:1 hesablı heç-heçə edən “Qəbələ”, cavab oyununda rəqibinə məğlub olaraq, mübarizəni dayandırıb. Qarşılaşma kiprlilərin minimal hesablı qələbəsiylə başa çatıb 1:0.

UEFA Gənclər Liqası, 1-ci mərhələ, cavab oyunu

24 oktyabr

Qəbələ – APOEL 0:1

Qol: Giannis Satsias, 55.
Hakimlər: Denis Şurman, Valentin Kutsev, Vladimir Korotin (hamısı Ukrayna).
Dördüncü hakim: Vüqar Həsənli (Azərbaycan).
Qəbələ şəhər stadionu.
İlk oyun – 1:1.

Qəbələ: Müşviq Nadirov, Rüstəm Nuriyev, Samir Məhərrəmli, Nicat Əliyev, İdris İnqilablı, Nicat Oruclu, Veysəl Rzayev, Əli Mürsəlov, Təbriz İsazadə, Xəyal Muradov, Məhəmməd Məhərrəmov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button