“Qəbələ” 700-cü oyununa çıxacaq

“Qəbələ” tarixində 700-cü matçına çıxacaq.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan 1-ci Liqasının 3-cü turunda sabah Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Mingəçevir” matçı meydan sahibləri üçün əlamətdar olacaq.

İndiyədək 699 oyun keçirən komanda Premyer Liqada 540, Azərbaycan kubokunda 85, avrokuboklarda 42, 1-ci Liqada 32 qarşılaşmada qüvvəsini sınayıb. “Qırmızı-qaralar” bu matçlarda 283 qələbə qazanıb, 177 heç-heçə edib və 239 dəfə uduzub. 900 qol vuran bölgə təmsilçisi 794 top buraxıb.

“Qəbələ” tarixində ilk oyunu 2005-ci il sentyabrın 21-də “Şərur”a qarşı keçirib. Komanda 1-ci dəstənin ev görüşündə 8:0 hesablı qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button