“Qarabağ” beynəlxalq təcrübəyə malik, böyük klubdur” – “Ludoqorets”in baş məşqçisi

“Ludoqorets”in (Bolqarıstan) baş məşqçisi Georgi Dermendciev UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Qarabağ”la cavab matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, 69 yaşlı mütəxəssis “Qarabağ”ın ciddi rəqib olduğunu bildirib:

“Qətiyyətlə deyə bilərəm ki, “Qarabağ” beynəlxalq təcrübəyə malik, böyük klubdur. Bizim də heyətimiz genişdir. Bernard Tekbetey zədəli olsa da, digər futbolçularla mübarizə aparacağıq. Rəqib komandanın oyunçularını indi daha yaxşı tanıyırıq. Onlar çox rahat oynaya bilir və qol vurmağı bacarırlar”.

“Ludoqorets” – “Qarabağ” oyunu sabah saat 22:00-da start götürəcək. Komandalar arasında Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk matçda qonaqlar 2:1 hesabı ilə qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button