Xavi Qətərdən ayrılacaq

Qətərin “Əl Sədd” komandasını çalışdıran Xavi klubla müqaviləsini yeniləməyəcək.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb komandanın Asiya Çempionlar Liqasında mübarizəni dayandırmasıdır. Xavi “Əl Sədd”lə müqaviləsini yeniləməyəcək və klubdan ayrılacaq.

Xavinin baş məşqçisi olduğu “Əl Sədd” Qətər çempionatının qalibi olub. Xavi 2019-cu ilin mayından bu komandanı çalışdırır. Onun klubla müqaviləsi bu ilin iyuluna qədərdir.

Xavi futbolçu karyerası ərzində 1995-2015-ci illər aralığında “Barselona”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button