“Barselona”da işləmək onun xəyalıdır”
Qətərin “Əl Sədd” klubunun futbolçusu Santi Kasorla komandanın baş məşqçisi Xavinin “Barselona”da işləməyə hazır olduğunu deyib.
Komanda.az xəbər verir ki, ispan yarımmüdafiəçi, bu barədə “Marca” nəşrinə müsahibəsində deyib. O, Xavinin Kataloniya klubunda çalışmağa hazır olduğunu söyləyib:
“Görürəm ki, Xavi bu işə tam hazırdır. “Barselona”da işləmək onun xəyalıdır. O, hər zaman bu hədəfi ağlında saxlayır. Klubu yaxşı tanıyır və işləməyə hazırdır”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin