“Mənim üçün ən böyük qürur “Barselona”ya qayıtmaq olacaq”
Qətərin “Əl Sədd” klubunun baş məşqçisi Xavi gələcək hədəflərindən danışıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Xavi, yenidən “Barselona”ya qayıtmaq istədiyini deyib:
“Əsas hədəfim Avropaya qayıtmaq və “Barselona”da çalışmaqdır. Bu, mənim üçün yeni çağırış olacaq.
Futbolçu olduğum zamanlarda da bir gün “Barselona”nı çalışdıracağımı düşünürdüm. Belə bir komandada baş məşqçi olmaq xüsusilikdir. Mənim üçün ən böyük qürur “Barselona”ya qayıtmaq olacaq.
Ancaq İngiltərədə də işləmək şansını kim istəməz? Oranın atmosferi, stadionları möhtəşəmdir. Premyer Liqada forma geyinənlər hər zaman bunlardan danışır. Premyer Liqaya getsəm, böyük klub çalışdırmaq istəyərəm – “Mançester Siti”, “Arsenal”, “Çelsi”, “Mançester Yunayted” və ya “Tottenhem”.
Xavi 2019-cu ilin mayından “Əl Sədd”i çalışdırır.
Bizi Facebook-da izləyin