“Qərar tezliklə veriləcək” – Adı “Barselona” ilə hallanan oyunçu
Leverkuzen “Bayer”inin müdafiəçisi Conatan Ta “Barselona” ilə danışıqlardan söhbət açıb.
Kataloniya klubu cari mövsümün sonunda azad agent kimi “əczaçılar”ı tərk edəcək 28 yaşlı futbolçuya əsas namizəd hesab olunur.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, almaniyalı oyunçu müsahibəsində hələlik razılığın əldə olunmadığını təsdiqləyib:
“Hazırda heç bir qərar verilməyib. İndi bütün diqqətimi “Bayer”lə uğur qazanmağa yönəltmişəm. Qərar tezliklə veriləcək və mən bu barədə sizə dərhal məlumat verəcəm”.
Conatan Ta 2015-ci ildən Leverkuzen klubunda çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin