“Qələbəyə layiq idik” – Adrian Mutu

“Neftçi”nin baş məşqçisi Adrian Mutu Premyer Liqanın 12-ci turunun “Qəbələ” ilə oyunundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Komandam yaxşı çıxış etdi. 90 dəqiqə oyunu lazımı qaydada idarə edə bildik, aqressiv idik. Məni sevindirən odur ki, çoxlu qol eizodları yaratdıq. Qələbəyə layiq idik. Qəbələ mənim üçün doğmadır. Bir neçə gün Qəbələdə qalmışıq. Hər şey çox yaxşıdır, klubun yaxşı infrastrukturu var. Qəbələ şəhəri də xoşuma gəlir.

Lukas Melano niyə oynamır? Oynamağa layiq olmalıdır. Onunla eyni mövqedə olan oyunçularla rəqabətdə qalib gəlməlidir. Aaron Olanarenin əzələ problemi vardı. Ümid edirəm ki, ciddi zədə almaz. Tez-tez meydança dəyişəndə belə hallar olur. Bəzən süni örtükdə oynayırıq, bəzən təbii örtükdə. Hər yerdə Qəbələdəki kimi meydançalar olsa, mükəmməl alınardı.

Çoxlu epizodlar yaradırıq. Rəqib qapısının qarşısında daha diqqətli olmalıyıq. Bunu həll etməyin yolu çox çalışmaqdır. Zamanla aradan qaldıracağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button