“Qələbədə pay sahibi olduğum üçün sevincliyəm”
“Neftçi”nin yarımmüdafiəçisi Sezar Meza Kolli klubun rəsmi saytına açıqlama verib.
Komanda.az xəbər verir ki, “Keşlə”nin qapısından keçirilən 3 qoldan 1-cisinin müəllifi olan paraqvaylı futbolçu sevincli olduğunu bildirib:
“Çox şadam ki, qələbə qazandıq. Qol vurub qələbədə pay sahibi olduğum üçün də sevincliyəm. İlk hissənin sonunda əzələmdə narahatlıq hiss etdim deyə, fasilədə əvəzlənməli oldum. Ümumiyyətlə, bu gün yaxşı oynadıq. Növbəti matçlarda da yaxşı oyun göstərib qalib gəlməyə çalışacağıq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin