“Qələbə qazansaydıq, ədalətsiz nəticə olmazdı” – Diniyev

“Səbail”in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 27-ci turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Bu gün yaxşı oyun izlədik, Premyer Liqaya layiq futbol var idi. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Hücumların, qol epizodlarının sayı çox idi. Qələbə qazansaydıq, ədalətsiz nəticə olmazdı. Bizim qol fürsətlərimiz daha çox oldu. İtirəcəyimiz bir şey yoxdur. Ona görə də qələbə bizim üçün çox vacib idi. Amma 1 xal da qızıla bərabərdir. Ümid edirəm ki, bu 1 xal may ayında bizim üçün çox dəyərli olacaq. Uğursuz nəticələrdən sonra komanda bu gün öz oyununa qayıtdı. Hazırda olduğumuz durum futbolçuların üzərində psixoloji təzyiq yaradır. Məndə də, oyunçularda da uduzmaq qorxusu, xofu var. Bu, tezliklə keçəcək. 14 günlük fasilədən səmərəli istifadə etməyə çalışacağıq. Zədədən qayıdan futbolçular pik formada deyillər. Fasilədən sonra dördüncü dövrəyə daha inamlı başlayacağıq. “Turan Tovuz” çox yaxşı müdafiə olunur, əks-hücumlarda təhlükəlidir. Bu oyun gələcəyə nikbin baxmağa ümid verir. Hücumda böyük potensialımız var. Futbolçular fiziki olaraq hazır formaya düşəndən sonra daha çox hücum edib, qollar vuracağıq. “Turan Tovuz” sıradan komanda deyil, müdafiədə mükəmməl oynayırlar. Belə müdafiəni bir neçə dəfə yarmaq hər komandanın işi deyil”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button