“Burda kiməsə nəsə öyrətmək fikrində deyiləm” – yeni transfer
PSJ-nin yeni transferi Vitinya Paris klubu ilə Çempionlar Liqasını qazanmaq istədiyini deyib.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, qələbə qazanmaq üçün hər şey edilməli olduğunu bildirib:
“Portu” Çempionlar Liqasını qazananda mən heyətdə deyildim. Burda kiməsə nəsə öyrətmək fikrində deyiləm. Sadəcə olaraq, komandaya çempion olmaqda kömək etməliyəm. PSJ-nin iştirak etdiyi bütün turnirlər bizim qələbələrimiz üçün yaradılıb. Çempionlar Liqası da onlardan biridir. Orda oynamaq bir xəyaldır. Qələbə qazanmaq üçün hər şey edilməlidir”.
Vitinya iyulun 1-də “Portu”dan PSJ-yə keçib. 22 yaşlı portuqaliyalı futbolçu Paris klubu ilə 2027-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin