“Qələbə qazanmaq həmişə xoşdur”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “Nyukasl” üzərində qələbədən (3:2) sonra fikirlərini bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, azarkeşlərin bu qələbəyə layiq olduğunu söyləyib:

“Qələbə qazanmaq həmişə xoşdur. Mövsümün son ev oyununda qalib gəlmək çox vacib idi. Azarkeşlər buna layiqdirlər. Çünki nəticələrə görə çətin günlər keçiriblər, lakin onlar həmişə bizimlə olublar. Bu gün komandanın əməyi sayəsində qollar vurduq. Çox yaxşı irəliləyən və parlaq qollar vuran gənc futbolçulara görə həmişə sevinirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button